07 avqust 2025 10:36
98

Myanma lideri vəfat edib

Myanma prezidentinin vəzifələrini icra edən Myin Sve 74 yaşında vəfat edib.

“İki sahil” xəbər verir ki, bu barədə “Xinhua” agentliyi ölkənin milli müdafiə və təhlükəsizlik şurasına istinadən məlumat yayıb.

Məlumata əsasən, siyasətçi cümə axşamı səhər saatlarında dünyasını dəyişib. Bundan əvvəl o, səhhəti ilə əlaqədar məzuniyyət götürmüşdü.

Myin Sve 2016-cı ildən Myanma vitse-prezidenti vəzifəsini tutub.

2021-ci ilin (1 fevral) hərbi çevrilişindən sonra o, Vin Myinin əvəzinə prezident vəzifələrini icra edən təyin olunmuşdu.