11 avqust 2025 10:10
90

Mats Hummels vida matçına çıxdı

36 yaşlı Mats Hummels Dortmund "Borussiya"sı ilə vida matçıa çıxıb.

“İki sahil” xəbər verir ki, o, "Yuventus"la yoldaşlıq görüşündə (1:2) iştirak edib. Almaniyalı müdafiəçi oyuna kapitanlıq sarğısı ilə start heyətdə meydana daxil olub. O, cəmi 18 dəqiqə sonra yerini Niklas Süleyə verib.

Qeyd edək ki, Hummels 2008-2016-cı illərdə "Borussiya"da çıxış edib. O, "Bavariya"da 3 mövsüm keçirdikdən sonra 2019-cu ildə Dortmunda qayıdıb. Mats 2024-cü ilin sentyabrında alman "Borussiya"dan ayrılaraq "Roma"ya və daha sonra kluba qayıdıb.

Hummels Almaniya millisi ilə DÇ-2014-ün qalibi olub.