12 avqust 2025 12:59
222

Rusiyanın raket hücumu nəticəsində ondan çox xarici muzdlu ölüb

Rusiya raketinin Ukrayna Silahlı Qüvvələrinin hərbi təlim düşərgələrindən birini vurması nəticəsində ABŞ, Kolumbiya, Tayvan, Danimarka və bir sıra digər ölkələrin vətəndaşları həlak olub.

“İki sahil” xəbər verir ki,  bu barədə “The New York Times” hadisə şahidlərinə istinadla məlumat yayıb.

Qəzet yazır ki, adətən hərbi obyektlərə raket zərbələri endirilməsini nadir hallarda təsdiqləyən Ukrayna hərbçiləri bu məlumatı təsdiqləyiblər. Lakin onlar qurbanların dəqiq sayını bildirməkdən imtina ediblər.