Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Səhləbad kəndində Vətən müharibəsi şəhidi Aslanlı Orxan Şahmar oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, görüşdə tarixi Zəfərimizə öz töhfəsini verən qəhrəmanlarımızdan olan şəhid O.Aslanlının həyat yolundan, hərbi əməliyyatlar zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Onun xatirəsinin daim ürəklərdə yaşayacağı vurğulanıb
Qeyd edək ki, Aslanlı Orxan Şahmar oğlu 20 oktyabr 1992-ci ildə rayonun Səhləbad kəndində anadan olub. Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra o, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” və “Vətən uğrunda” medalı ilə təltif olunub. Şəhidin adına doğulduğu kənddə bulaq inşa edilib.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.