14 avqust 2025 10:01
166

"Sabah" "Levski" ilə cavab oyununa çıxır

Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Sabah" da mərhələnin cavab matçına çıxacaq.

Valdas Dambrauskasın komandası Bakıda "Levski"ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.

Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə "Levski" 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu cütün qalibinin pley-off mərhələsindəki potensial rəqibləri “AZ Alkmar” (Niderland) və “Vaduts”dur (Lixtenşteyn).  

14 avqust

UEFA Konfrans Liqası,

3-cü təsnifat mərhələsinin cavab oyunları

20:00. “Sabah” (Azərbaycan) - “Levski” (Bolqarıstan) 

İlk oyun - 0:1
Baş hakim: Nikolay Balakin (Ukrayna)
Masazır. "Bank Respublika Arena"