14 avqust 2025 13:44
173

Həmkarlar ittifaqının təşkilatçılığı ilə minifutbol turnirinə start verilib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində neft, qaz və kimya sənayesi müəssisələrinin işçiləri arasında “SOCAR-2025” minifutbol turnirinə start verilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirin açılışında çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan, əldə olunan idman uğurlarından bəhs ediblər.

Tədbirdə həmçinin həmkarlar ittifaqları tərəfindən üzvlərin asudə vaxtının səmərəli təşkili və istirahət imkanlarının artırılması istiqamətində görülən işlər qeyd olunub.

Rəsmi açılışdan sonra turnirə start verilib.

Qeyd edək ki, yarışda 29 komanda 7 qrupda mübarizə aparır. Oyunlar hər həftənin şənbə və bazar günləri Bakı Olimpiya Stadionunun örtülü meydançalarında təşkil edilir.

Final qarşılaşmasının sentyabrın 21-də keçirilməsi nəzərdə tutulur.