14 avqust 2025 17:46
113

CHP-dən istefa verən Böyükşəhər Bələdiyyə sədri AK Partiyaya keçdi

Türkiyədə Aydın Böyükşəhər Bələdiyyəsinin sədri Özlem Çerçioğlu hakim Ədalət və İnkişaf Partiyasına (AK Partiya) keçib.

“İki sahil” Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə o, AK Partinin yaradılmasının 24-cü ili ilə bağlı keçirilən tədbirdə deyib.

Məlumata görə, Özlem Çerçioğlu ilə birlikdə daha 9 bələdiyyə sədri iqtidar partiyasının üzvü olub.