14 avqust 2025 17:47
116

Kəşmirdə daşqınlar nəticəsində 32 nəfər ölüb

Kəşmir ərazisində ucqar dağ kəndi olan Çositidə güclü yağışların səbəb olduğu daşqınlar 32 nəfərin həyatına son qoyub.

“İki sahil” “Associated Press”ə istinadla xəbər verir ki, bu barədə Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin yüksək vəzifəli nümayəndəsi bildirib.

"Biz 32 nəfərin meyitini aşkarladıq və 35 yaralını xilas etdik", - komissar bildirib.

Ölənlərin sayının artacağı ehtimal olunur.

Xilasetmə komandaları ən azı 100 nəfəri təhlükəsiz əraziyə təxliyə edib, təxminən 50 nəfər isə itkin düşmüş hesab olunur.