15 avqust 2025 12:32
89

Hindistanda güclü yağışlar nəticəsində 60 nəfər həlak olub, 100-dən çox insan yaralanıb

Hindistanın şimalına yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki,  bu barədə “The Times of India” qəzeti yazır.

"Kiştvar bölgəsində yağan güclü yağışlar nəticəsində 60 nəfər həlak olub, 100-dən çox insan yaralanıb", - Cəmmu və Kəşmir ştatının baş naziri Ömər Abdulla bildirib. O qeyd edib ki, hazırda 160-dan çox insan xilas edilib, onlardan 38-nin vəziyyəti ağırdır. Ö.Abdullanın sözlərinə görə, Hindistanın baş naziri Narendra Modi onunla telefonla danışığı zamanı təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yardım göstəriləcəyinə əmin edib.