15 avqust 2025 16:32
128

Ryazanda fövqəladə vəziyyət elan edilib

Rusiyaın Ryazan vilayətinin qubernatoru Pavel Malkov "Elastik" zavodunda partlayış baş verən ərazidə bələdiyyə səviyyəsində fövqəladə vəziyyətin tətbiqi barədə göstəriş verib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Rəsmi məlumatlara görə, beş nəfər həlak olub, yüzdən çox insan yaralanıb.

Qubernator qeyd edib ki, hadisə yerində fövqəladə vəziyyətin aradan qaldırılması üçün qərargah yaradılıb, bütün şöbələr və fövqəladə xidmətlər işləyir.