15 avqust 2025 16:48
87

İsveçdə məscid yaxınlığında atışma nəticəsində iki nəfər yaralanıb

Avqustun 15-də günorta saatlarında İsveçin Örebro şəhərində məscidin yaxınlığında atışma olub, iki nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə yerli polisin "polisen.se" portalı məlumat yayıb.

Hüquq-mühafizə orqanlarına hadisə barədə məlumat 13:45-də daxil olub. Sakinlərdən hadisə yerinə yaxınlaşmamağa çağırılıb. Polis adam öldürməyə cəhdlə bağlı araşdırmalara başlayıb.

Hadisə şahidləri SVT-yə bildiriblər ki, atışma namaz zamanı başlayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və 7 təcili tibbi yardım briqadası işləyir.