ABŞ-ın iki respublikaçı senatoru Coş Houli və Marşa Blekbern hakimiyyət orqanlarını Meta Platforms korporasiyası ilə bağlı araşdırma aparmağa çağırıb.
“İki sahil” xəbər verir ki, bu, Reuters-in avqustun 14-də dərc edilmiş şəxsi araşdırmasına görədir.
Bildirilir ki, şirkətin hazırladığı chatbotlara "uşaqları romantik və ya həssas mövzularda söhbətlərə cəlb etmək" icazəsi verilir.
Reuters əldə etdiyi şirkətdaxili sənədlərə istinad edir ki, chatbotun qaydaları ona uşaqlar və yeniyetmələrlə flört etməyi və ya onları romantik rol oyunları ilə məşğul etməyi qadağan etmir.
Belə çatbotlar şirkətin sosial şəbəkələrinin 13 və daha yuxarı yaşda olan istifadəçiləri üçün əlçatandır. Şirkət bu sənədlərin həqiqiliyini təsdiqləyib, lakin bildirib ki, Reuters-in sorğusundan sonra müvafiq bəndləri çıxarıblar.