Qazax rayonunun Xanlıqlar kəndində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə nazirliyin qüvvələri cəlb olunub.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən verilən məlumata görə, əməliyyat şəraitinə uyğun həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində təxminən 80 hektar sahədə quru ot və kol-kos yanıb.
Yaxınlıqdakı tikililər və meşə ərazisi yanğından mühafizə edilib.