15 avqust 2025 17:43
93

Dəmiryol Vağzalında parklanma xidməti avqustun 18-dən dayandırılacaq - DİQQƏT!

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) “Bakı Metropoliteni” QSC-nin tunel tikintisi ilə bağlı vətəndaşlara müraciət edib.

“İki sahil” xəbər verir ki, müraciətdə deyilir:

"Daha əvvəl məlumat verildiyi kimi, aparılan tikinti işləri ilə əlaqədar olaraq 18 avqustdan Bakı Dəmiryol Vağzalının sərnişinlər üçün qarşılama və yola salma xidməti göstərən avtomobil parklanma sahəsi müvəqqəti olaraq fəaliyyət göstərməyəcək. Qeyd olunan tarixdən etibarən ADY-nin sərnişinləri vağzalın ətrafında, Xətai prospekti və Mirəli Qaşqay küçəsinin kəsişməsində yerləşən “Azparkinq” dayanacaqlarından istifadə edə bilərlər".