NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin komandanı Aleksus Qrinkeviç də bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Trampın danışıqlar aparacağı Alyaskaya gedib.
“İki sahil” xəbər verir ki, bu barədə CNN NATO-nun yüksək rütbəli rəsmisinə istinadla məlumat yayıb. Qrinkeviç sammitdə Amerika lideri və Pentaqonun rəhbəri Pit Heqsetlə məsləhətləşmə aparacaq.
Qeyd edək ki, Donald Tramp Alyaskada Vladimir Putinlə görüşəcək. Görüş Ankoricdə, Elmendorf-Richardson hərbi bazasında baş tutacaq.