Müğənni Nərmin Kərimbəyova yay mövsümündə istirahətdən çox sənətinə yer ayırıb. Sənətçi günlər öncə Azərbaycanın diyar guşələrində konsert proqramı ilə çıxış edib.
“İki sahil” xəbər verir ki, "Xəzər Festival"ı Xəzər Televiziyası və "Coca-Cola" nın təşkilatçılığı ilə avqust ayı ərzində bölgələrdə keçirilir. Musiqili günlər artıq Gəncə, Qəbələ, şəhərlərində baş tutub. Davamlı olaraq Lənkəran, Sumqayıtda da gözlənilir.
Festivaldan olduqca məmnun qalan Nərmin fikirlərini belə ifadə edib: "Sayca 2-ci konsert Qəbələdə keçirildi. Çıxışım böyük izdihamla qarşılandı. Səhnədən insanların mahnılarımı mənimlə birgə ifa etdiyini görürdüm. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Konsert çox səmimi keçdi. Doğma Qəbələ məni sevgi ilə qarşılayıb yola saldı".
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub