19 avqust 2025 08:53
124

Zelenski: Ukraynanın təhlükəsizliyi təminatına Avropa maliyyəsi hesabına 90 milyard dollarlıq Amerika silahının alınması daxildir

Ukraynanın təhlükəsizliyi təminatına Avropa maliyyəsi vasitəsilə 90 milyard dollarlıq Amerika silahı alınması planları daxildir.

“İki sahil” xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

O bildirib ki, təminatın digər hissəsi Ukraynanın pilotsuz umuş apartları istehsalı ilə bağlı olacaq, onların bir qismini ABŞ alacaq.

Ağ Evdəki görüşdən sonra mətbuat konfransında açıqlama verən Zelenski bunların hələ də müzakirə edildiyini və heç bir rəsmi razılığın əldə olunmadığını qeyd edib.

Onun sözlərinə görə, saziş növbəti həftə və ya 10 gün ərzində formalaşdırılacaq.