"Telegram" istifadəçi hesablarının oğurlanmasının sayı 2025-ci ilin birinci yarısında illik müqayisədə 51%, 2024-cü ilin ikinci yarısı ilə müqayisədə isə 20% artıb. Rusdilli hücumçu qruplarından yalnız biri 2025-ci ilin yanvar-iyun aylarında Rusiyadan və digər ölkələrdən 1,4 milyon istifadəçi hesabını oğurlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Kölgə bazarında Rusiya nömrələrinə qeydə alınmış hesabların orta dəyəri 128 rubl təşkil edib. Bu, 2024-cü ilin sonundakı göstəricidən 20% azdır. Şirkət izah edir ki, qiymətə digər amillərlə yanaşı, təkliflərin sayı və oğurluqdan sonra hesabın istifadə olunmadığı və bərpa edilmədiyi vaxtın uzunluğu təsir edir.
Kaspersky Who Calls by Kaspersky Lab-ın məlumatına görə, 2025-ci ilin əvvəlində WhatsApp-da fırıldaqçılardan zəng alan rusiyalı istifadəçilərin payı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə artıb. İyulda Rusiyanın Max messencerində 10 000-dən çox fırıldaqçının telefon nömrəsi bloklanıb.