19 avqust 2025 08:38
111

Mark Rütte: Ağ Evdə Ukraynanın ərazisi məsələsi müzakirə edilməyib

Ağ Evə toplaşan liderlər Ukrayna sərhədlərinin yenidən cızılması məsələsini müzakirə etməyiblər.

“İki sahil” xəbər verir ki, bu sözləri NATO Baş katibi Mark Rütte “Fox News”a müsahibəsində deyib.

O, bildirib ki, bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın da iştirak edəcəyi üçtərəfli görüşdə qaldıracağı məsələdir.

“Biz bu gün bunu müzakirə etməmişik. Ərazi məsələsinə gəldikdə, Ukrayna Prezidenti bunu üçtərəfli formatda və yəqin ki, bundan sonra Vladimir Putinlə keçiriləcək daha çox danışıqlarda müzakirə etməlidir. Bu gün liderlər arasında anlaşma ondan ibarət oldu ki, hər hansı bir ərazinin müzakirə edilməsi üçün təhlükəsizlik zəmanəti olmalıdır və hər bir ölkə bu təminatların nə demək olduğu barədə razılığa gəlməlidir”,- deyə Mark Rütte əlavə edib.