ABŞ prezidenti Donald Tramp və Avropa liderləri Vaşinqtonda danışıqlar zamanı Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini müzakirə ediblər.
“İki sahil” xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron jurnalistlərə deyib.
"Anladığınız kimi, o [Tramp], Hindistana, xüsusən də Rusiya neftinin alınması və emalına görə, ikinci dərəcəli sanksiyalar tətbiq etsə də, bunu mütləq istəmir. Düşünürəm ki, onun istəyi öhdəlik götürməkdir, bunun nəticə verə biləcəyinə ürəkdən inanır", - deyə Fransa prezidenti bildirib.
E.Markon qeyd edib, müzakirə zamanı nəticənin əldə edilməyəcəyi variant, Rusiyanın belə bir prosesdə səmimi iştirak etmək istəmədiyi variant nəzərdən keçirilib.
"Və bu məqamda o, ilkin və ikinci dərəcəli rüsumlar adlandırdığı, əslində isə bizim sanksiyalar adlandırdığımız sanksiyaları tətbiq etmək istəyini bildirdi", - deyə o əlavə edib.