Finlandiya parlamentinin deputatı çərşənbə axşamı parlament binasında intihar edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Yle" portalı Helsinki polis idarəsindəki mənbəyə istinadla yazır.
Həlak olan deputatın şəxsiyyəti məlumdur, lakin onun adı yalnız qohumları ilə əlaqə qurulduqdan sonra açıqlanacaq.
"Çərşənbə axşamı parlament binasında bir nəfər həlak olub. Polisə zəng Təcili Yardım Mərkəzi vasitəsilə saat 11:06-da daxil olub", - mənbə bildirir.
Polis ölüm faktı ilə bağlı araşdırma aparır. Hüquq-mühafizə orqanları zorakı ölüm əlamətlərinin aşkar edilmədiyini qeyd edirlər.
Hadisə yerində bir neçə polis patrulu və tibb işçiləri çalışır.