İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı davam edən istintaq çərçivəsində həbs olunan Beyoğlu Bələdiyyəsinin sədri İnan Güney müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
İstanbul Valiliyi isə avqustun 22-də bələdiyyə sədrinin vəkilinin seçiləcəyini açıqlayıb.
Qeyd edək ki, İnan Güney cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda və dövlət qurumlarına ziyan vurulmasına şərait yaratmaqda təqsirli bilinir.