Şair Məmməd İsmayıl vəfat edib.
“İki sahil” xəbər verir ki, bu barədə şair Ehtiram İlham xəbər verib.
O bildirib ki, şair vəsiyyətinə uyğun olaraq, sabah Tovuz rayonunun Əsrik kəndində dəfn ediləcək.
Qeyd edək ki, Məmməd İsmayıl bir neçə ildir müxtəlif xəstəliklərdən əziyyət çəkirdi.
Allah rəhmət eləsin.