Naxçıvanda “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihənin icrasına başlanılıb və Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Xüsusi Təyinatlı Qüvvələr (XTQ) veteranları, şəhid ailələri ilə işin gücləndirilməsi” adlı layihə çərçivəsində mühüm ictimai tədbirlərə start verilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə güllər düzülüb, Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib.

"Naxçıvan Saray”da təşkil olunan forumda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
"Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyi"nin sədri Bəhruz Məmmədzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Vüqar Rəhimzadə, Elçin Mirzəbəyli, Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları qazi Təbriz Zeynalov, Üzeyir Məmmədov və digər dövlət nümayəndələri Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, Azərbaycan-Türkiyə dostluq əlaqələrindən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan söhbət açıblar.

Forumda xatirə hədiyyələri təqdim edilib.
Sonra bədii hissə olub, Naxçıvan Dövlət Flarmoniyası mahnı və rəqs ansamblının ifasında konsert proqramı təqdim edib.
Qeyd edək ki, layihə çərçivəsində forum iştirakçıları üçün Naxçıvan şəhərinə infotur proqramı da planlaşdırılıb. Layihənin məqsədi Azərbaycan və Türkiyə arasında mədəni və sosial əlaqələrin möhkəmləndirilməsi, eləcə də xüsusi təyinatlı qazilər və şəhid ailələri arasında əməkdaşlıq və şəbəkələşmənin gücləndirilməsidir.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub