28 avqust 2025 22:48
100

Putin və Zelenski münaqişəni dayandırmağa hazır deyil - ABŞ

ABŞ hesab edir ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ölkələr arasında münaqişəni dayandırmağa hazır deyillər.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.

"Putin və Zelenski bu müharibəni təkbaşına bitirməyə hazır deyillər. Tramp bu məsələ ilə bağlı daha sonra əlavə açıqlamalar verəcək", - o deyib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Kiyevə endirilən zərbələrə nə "sevinib", nə də  "təəccüblənib". Dövlət başçısı baş verənləri izləməkdə davam edir.