28 avqust 2025 22:53
98

Rubio və Fidan Rusiya - Ukrayna müharibəsini müzakirə ediblər

ABŞ Dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb.

“İki sahil” Dövlət Departamentinə istinadla xəbər verir ki, tərəflər ABŞ - Türkiyə münasibətləri, o cümlədən NATO müttəfiqi kimi əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Onlar, həmçinin Yaxın Şərqdə sülh və sabitliyə davamlı dəstəklərini ifadə ediblər və Rusiya - Ukrayna müharibəsinin danışıqlar yolu ilə həll etmək üçün davamlı diplomatiyanın zəruriliyini vurğulayıblar.