28 avqust 2025 22:51
98

Rusiyanın Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 21-ə çatıb

Rusiya ordusunun Kiyevə endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 21-ə çatıb.

“İki sahil” xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib.

"Saat 20:45-ə olan məlumata görə, Rusiyanın Kiyevə hücumu nəticəsində 21 nəfərin öldüyü təsdiqlənib. Axtarış-xilasetmə əməliyyatları davam edir", - o, teleqram kanalında yazıb.