Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İsmayıllıda həmin rayonun və Şamaxı sakinlərinin müraciətlərini dinləyib.
“İki sahil” xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, əvvəlcə A. Əliyev və İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Nazirlə görüşən vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı müraciət ediblər. Onların sırasında müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub