Pakistanın Ermənistanla diplomatik münasibətləri qurmağa Azərbaycanla məsləhətləşmədən sonra başlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə "AnewZ" məlumat yayıb.
Məlumata görə, Pakistanın son addımı Bakı ilə məsləhətləşmə əsasında atılıb.
Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Vaşinqtonda görüşündən sonra İslamabadla müzakirələr aparılıb, bundan sonra təşəbbüs razılaşdırılıb.
Qeyd edək ki, avqustun 31-də Ermənistan və Pakistan xarici işlər nazirləri diplomatik əlaqələrin qurulması ilə bağlı kommünike imzalayıblar.
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir