02 sentyabr 2025 11:44
118

Naxçıvan şəhərinə elektrik enerjisinin verilişində fasilələr olacaq

Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiq olunmuş tədbirlər planına əsasən təmir-bərpa işləri aparılacaq.

“İki sahil” xəbər verir ki,  ASC-nin Naxçıvan RETSİ-dən bildirilib ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Bu səbəbdən şəhərin bəzi ərazilərində və müxtəlif vaxtlarda elektrik enerjisinin verilişində müvəqqəti fasilələr olacaq.