Azərbaycan Xarici İşlər Nazirliyi Portuqaliyaya başsağlığı verib.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun "X" hesabında paylaşım edilib.
"Lissabonda Qloriya xəttində baş vermiş faciəli funikulyor qəzası bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirik",-məlumatda qeyd olunub.
Xatırladaq ki, Portuqaliyanın paytaxtı Lissabonda şəhərin əsas simvollarından biri olan "Qloriya" funikulyorunun sentyabrın 3-də relsdən çıxması nəticəsində 17 nəfər ölüb.
Azərbaycan Prezidenti İlham Əliyevin Kambocanın Baş naziri ilə məhdud tərkibdə görüşü olub
YAP Bərdə rayon təşkilatının ərazi partiya təşkilatlarında müşavirələr davam etdirilir