04 sentyabr 2025 17:19
201

Tramp, Zelenski və Avropa liderləri videokonfrans formatında danışıqlar aparırlar

ABŞ Prezidenti Donald Tramp, Ukrayna Prezidenti Volodimir Zelenski, həmçinin bir sıra Avropa ölkələrinin liderləri videokonfrans rejimində danışıqlara başlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa KİV-ləri Yelisey sarayına istinadən məlumat yayıb.

Qeyd edək ki, sentyabrın 4-ü Parisdə Ukraynaya dəstək çərçivəsində "istəklilər koalisiyası"nın görüşü keçirilir.