Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 2025-ci ildə ali məktəblərə qəbul olunmuş şəhid övladları ilə görüşüb.
“İki sahil” xəbər verir ki, görüşdə Vətən Müharibəsi qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun övladı – Cəbrayılov Rahim, 3-cü dərəcəli “Vətənə Xidmətə Görə” ordeni ilə təltif olunmuş şəhid Ağayev Ramilin övladı – Ağazadə Zəhra, həmçinin 3-cü dərəcəli “Rəşadət” ordenli şəhid Zakirov Elvinin övladı – Zakirova Yağmur iştirak edib.
Zakir Fərəcov şəhid övladlarını təbrik edib, gələcək təhsillərində müvəffəqiyyətlər arzulayıb.
Zakir Fərəcov bildirib ki, dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, şəhid ailələrinə, qazilərə və onların övladlarına xüsusi diqqət göstərilir.
Sumqayıtda şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması, onların gənc nəslinin cəmiyyətə faydalı vətəndaş kimi formalaşması üçün gələcəkdə də bütün zəruri dəstək göstəriləcək.
Şəhid övladları göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Sonda hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub