06 sentyabr 2025 19:02
132

Ukrayna və Qazaxıstan ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Qazaxıstanın Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu və Ukraynanın xarici işlər naziri Andrey Sibiqa telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.

“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan XİN məlumat yayıb.

Nazirlər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın cari vəziyyətini və inkişaf perspektivlərini müzakirə edərək, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduqlarını bildiriblər.

M.Nurtleu beynəlxalq hüquq prinsipləri əsasında davamlı sülhə nail olmaq üçün diplomatik səylərin davam etdirilməsinin vacibliyini və bunun regionda sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.