06 sentyabr 2025 19:01
118

Pakistan Hindistana xəbərdarlıq etdi

Düşmənlərə xəbərdarlıq edərək bildiririk ki, onlar hər hansı təcavüzə əl atsalar, daha böyük fəsadlarla üzləşəcəklər.

“İki sahil” xəbər verir ki, bunu Karaçidə qarovulun dəyişilməsi mərasimində çıxış edən Pakistan Hərbi Hava Qüvvələri (PAF) vitse-marşalı Şəhriyar Xan bildirib.

O, yaxın zamanda Hindistanla yaşanan toqquşmanı yada salaraq bildirib ki, Pakistan Hərbi Hava Qüvvələri qırıcıları qonşu ölkəyə məxsus altı hərbi təyyarəni, o cümlədən “Rafale”ləri məhv edib.

“Həmin gün düşmənin qəsdləri tamamilə puça çıxdı. Pakistan Hərbi Hava Qüvvələri hər zaman istənilən təcavüzə cavab verməyə hazırdır. Düşmənimiz həmişə geri çəkilməyə məcbur olub və yenidən cəhd etsələr, nəticə 6-0 yox, 60-0 olacaq”, - deyə vitse-marşal söyləyib.