06 sentyabr 2025 19:38
153

YAP Bərdə rayon təşkilatı rayonun şəhid övladları və ailələri ilə görüş keçirib

YAP Bərdə rayon təşkilatı "Konstitusiya və Suverenlik İli" çərçivəsində yeni dərs ilinin başlanması münasibətilə şəhidlərimizin əmanəti olan azyaşlı uşaqları  və ailələri ilə görüş keçirib. 

“İki sahil” xəbər verir ki, görüşdə öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya çıxış edərək məktəbliləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib. Bildirib ki, şəhidlərimizin əziz övladları bütün xalqımızın övladlarıdır.  Onların təhsildə və həyatda hər bir uğuru hər birimiz üçün böyük fəxrdir!  Bugün şəhid ailələri və şəhid övladlarına diqqət və qayğı Müzəffər Liderimiz cənab İlham Əliyevin, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı dövlət siyasətinin bariz nümunəsidir.

Görüşdə çıxış edən YAP fəalı, Ərazi Partiya Təşkilatı sədri Məhərrəm Şəfiyev məktəblilərə uğurlar arzulayaraq bildirib ki, Sizin arxanızda Müzəffər Liderimiz cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqının və dövlətinin sevgisi, qayğısı və dəstəyi dayanır. Sizin uğurlarınız xalqımızın hər bir övladını sevindirir.

Görüşdə şəhid ailələri daim onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Görüşdə şəhid övladları Vətən və öz qəhrəman ataları ilə bağlı şerlər söyləyiblər.

Görüşdə şəhidlərimizin əziz övladlarına məktəbli paltar və çantaları təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.