08 sentyabr 2025 00:38
137

Tramp: Qazaxıstana səfər edə bilərəm

ABŞ Prezidenti Donald Tramp Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə “gözəl söhbət” etdiyini və ölkəyə səfər ehtimalını istisna etmədiyini bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Tramp jurnalistlərin Astanaya mümkün səfərlə bağlı sualını cavablandırarkən: “Mən bunu edə bilərəm”.

Amerika lideri Tokayev barədə danışarkən əlavə edib: “Onunla əla söhbət etdim. Ona salam deyin. O, yaxşı insandır”.

Tramp bu açıqlamanı ABŞ Açıq tennis çempionatının kişilər arasında finalına yola düşməzdən əvvəl Cənubi Qazonda jurnalistlərə verib.