09 sentyabr 2025 08:48
132

Azərbaycan millisi Ukraynaya qarşı

Azərbaycan milli komandası bu gün DÇ-2026-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.

“İki sahil” xəbər verir ki, millimiz Bakıda Ukrayna yığmasını qəbul edəcək.

 Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da start götürəcək.

Azərbaycan millisi seçmə mərhələyə acınacaqlı məğlubiyyətlə başlayıb. İlk turda səfərdə İslandiyaya 0:5 hesabı ilə məğlub olan millimizin çalışdırıcısı Fernandu Santuş ötən gün istefaya göndərilib. Komandanı Ukrayna ilə oyuna U-21 millimizin və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.

D qrupunun digər oyununda isə Fransa İslandiyanı qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

9 sentyabr

DÇ-2026, seçmə mərhələ

D qrupu

20:00. Azərbaycan - Ukrayna

Baş hakim: Vassilis Fotias (Yunanıstan)

Tofiq Bəhramov adına Respublika Stadionu