09 sentyabr 2025 09:26
106

Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Payız-qış mövsümünə hazırlıq tədbirləri ilə əlaqədar Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində 9 sentyabr tarixində təmir işləri aparılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Xolmili, Kənarmeşə, Moğonojoba, Seyidəkəran, Şıxakəran, Şürük, Türkəkəran, Tütəpeştə, saat 10:00-dan 15:00-dək Darquba, Kərgəlan, Şağlaküçə kəndləri, saat 14:00-dan 16:00-dək Aşağı Nüvədi, Gərmətük qəsəbələri və Viyən kəndinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri başa çatdıqdan sonra həmin yaşayış məntəqələri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.