09 sentyabr 2025 13:39
186

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb - YENİLƏNİB

Milli Məclisin növbədənkənar sessiyası və sessiya üzrə keçirilən xüsusi iclası başa çatıb. 

“İki sahil” xəbər verir ki, "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.

**************************

11:06

Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başlayıb.

“İki sahil” xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən xüsusi iclas "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr olunub.

İclasda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xatırladaq ki, Milli Məclisin deputatları Azərbaycan Konstitusiyasının 88-ci maddəsinin 2-ci hissəsinə əsaslanaraq, parlamentin növbədənkənar sessiyasının çağırılması barədə spiker Sahibə Qafarovaya müraciət ediblər.

Sədr müraciəti nəzərə alaraq, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.