09 sentyabr 2025 15:59
123

Polşa təlimlərə görə Belarusla sərhədi bağlayacaq

Polşanın baş naziri Donald Tusk bildirib ki, ölkənin Belarusla sərhədi sentyabrın 12-nə keçən gecədən bağlanacaq. Qərar Rusiya-Belarus hərbi təlimləri “Qərb-2025”lə əlaqədar qəbul edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Polskie Radio24" məlumat yayıb.

"Biz Belarusla sərhəddəki bütün keçid məntəqələrini, o cümlədən dəmir yolu keçidlərini bağlayacağıq", - deyə, Donald Tusk Polşa Nazirlər Şurasının iclasından əvvəl deyib.

“Qərb-2025” təlimləri sentyabrın 12-dən 16-dək Belarusda keçiriləcək.