Şəmkir şəhərində minik avtomobilində yanğın baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.
Qeyd edilib ki, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində “VAZ 2107” markalı minik avtomobilinin idarəetmə lövhəsi və salonu qismən yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub