10 sentyabr 2025 11:52
137

Ronaldu dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə rekordu təkrarlayıb

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu dünya çempionatının seçmə mərhələlərində vurduğu qolların sayına görə rekordu təkrarlayıb.

“İki sahil” xəbər verir ki, bu, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Macarstan üzrəində 3:2 hesablı qələbədən sonra reallaşıb.

40 yaşlı futbolçu sözügedən matçın 58-ci dəqiqəsində penaltidən fərqlənərək mundialın seçmə mərhələsində vurduğu qolların sayını 39-a çatdırıb. Bu göstəricidə o, eyni sayda qol vuran Qvatemalanın futbolçusu Karlos Ruisə çatıb.

Qeyd edək ki, ən çox qol vuranların siyahısında ilk "üçlüy"ü 36 qolla Argentina yığmasının üzvü Lionel Messi qapayır.