Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt, Gəncə şəhərləri, həmçinin Qusar, Astara rayonlarından olan vətəndaşları qəbul edib.
“İki sahil” xəbər verir ki, qəbulda elektrik şəbəkəsinə qoşulma, qaz təchizatı, qaz veriliş xəttinin mühafizə zonası, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər istiqamətlərdə müraciətlər dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet saytında yerləşdirilib.
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirak etdiyi beynəlxalq gənclər düşərgəsi keçirilib
535 mənzilin "Güzəştli mənzil" sistemi vasitəsilə satışı uğurla həyata keçirilib
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri məlum olub
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub