10 sentyabr 2025 14:30
104

Vans: Tramp Rusiyanı iqtisadi cəhətdən təcrid etməyi mənasız hesab edir

ABŞ-ın vitse-prezidenti J.D.Vens deyib ki, Ukraynada münaqişə bitərsə, Vaşinqton Moskva ilə çox məhsuldar iqtisadi əlaqələr qura bilər. Onun sözlərinə görə, prezident Donald Tramp Rusiyanı iqtisadi cəhətdən təcrid etmək üçün heç bir səbəb görmür.

“İki sahil” xəbər verir ki, o, bu barədə "One America News Network"ə müsahibəsində bildirib

“Rusiyanı bəyənsəniz də, istəməsəniz də... fakt odur ki, onların çoxlu neft, qaz və faydalı qazıntıları var”, - deyə Vens bildirib.

Vitse-prezident Donald Trampın ABŞ üçün faydalı olan iqtisadi razılaşmaları müzakirə etməyə hazır olduğunu vurğulayıb.