Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.
Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətləri, eləcə də regional məsələləri müzakirə ediblər.