10 sentyabr 2025 18:30
133

Avropa Parlamentində yenidən Ursula fon der Lyayenin istefası tələb ediləcək

Avropa Parlamentində ifrat sağçılar və solçular  Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenə qarşı etimadsızlıq votumu məsələsi ilə bağlı rəhbərliyə ayrı-ayrılıqda müraciət hazırlayırlar.

“İki sahil” "Politico"ya istinadən məlumat verir ki, sənədlərin bu gün gecə yarısına qədər təqdim edilməsi planlaşdırılır.

Bununla bağlı qərar Ursula fon der Lyayenin sentyabrın 10-da Avropa İttifaqının gələcəyi haqqında proqram nitqi ilə çıxışından sonra verilib.

Deputatlar həmçinin debatlar zamanı AK sədrinin tənqidlərə və istefa tələblərinə verdiyi cavablardan narazı qalıblar.