Ermənistan "Tramp marşrutu" layihəsini (TRIPP) sonradan Azərbaycan infrastrukturu ilə sinxronlaşdıraraq həyata keçirməyə hazırdır.
“İki sahil” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, bu layihə Ermənistan-Amerika gündəminin bir hissəsidir.
Paşinyanın sözlərinə görə, Cənubi Qafqazın logistika infrastrukturunun bu hissəsinin Azərbaycana birbaşa aidiyyatı yoxdur.
Eyni zamanda, o, Azərbaycanın logistika marşrutunun öz hissəsini bildiyi kimi adlandırmaq hüququna malik olduğunu etiraf edib.