11 sentyabr 2025 22:16
112

Şəhidlərin xatirəsinə həsr olunmuş voleybol turniri

Sentyabrın 4-də Astara Olimpiya İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, Astara Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş voleybol idman növü üzrə Astara rayon turnirinə start verilib.

Rayonun 6 komandası yarışların Dairəvi Sistemi üzrə qələbə uğrunda mübarizə aparır.

Turnirin açılış mərasimində çıxış edənlər- Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı, Astara Olimpiya İdman Kompleksinin məşqçisi Loğman Ağayev, yarışın baş hakimi Hacı Əliyev  komandalara maraqlı oyunlar göstərməklə  uğurlar arzulayıblar.

Artıq keçirilən bir-neçə oyun voleybol həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.  Onu da məlumat üçün deyək ki,   turnirə 13 sentyabr tarixində  yekun vurulacaq.

Zəfər Əliyev,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü