12 sentyabr 2025 14:59
112

Aİ səfirləri Rusiyaya qarşı sanksiyaların müddətini uzadıblar

Avropa İttifaqı (Aİ) ölkələri Ukraynada münaqişənin başlamasından sonra Rusiyaya qarşı tətbiq edilən fərdi sanksiyaların altı ay müddətinə uzadılmasını razılaşdırıblar. 

“İki sahil” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.

"Biz Rusiyaya qarşı sanksiyaları uzatdıq. Eyni zamanda, 19-cu paket üzərində işləri tamamlayırıq - Rusiya neftinin satışına, kölgə neft tankerlərinə və banklara əlavə məhdudiyyətləri nəzərdən keçiririk. Biz Putini müharibə aparmaq üçün puldan məhrum etməyə davam edəcəyik", - o yazıb.

KİV-in məlumatına görə, sanksiyalar 2500-dən çox fiziki və hüquqi şəxsi əhatə edir. Məhdudlaşdırıcı tədbirlər sonuncu dəfə bu ilin mart ayında uzadılmışdı.